Mahsun Kırmızıgüldən yaşlı pərəstişkarına jest - (Video)

5 Sentyabr 2026 13:10

Müğənni Mahsun Kırmızıgül konserti zamanı yaşlı pərəstişkarına göstərdiyi diqqətlə tamaşaçıların rəğbətini qazanıb.

Milli.Az xəbər verir ki, sənətçi onu izləməyə gələn qadını səhnəyə dəvət edib. Mahsun Kırmızıgül qadının rahatlığı üçün səhnəyə stul gətizdirərək onun əyləşməsini təmin edib.

Daha sonra müğənni yaşlı pərəstişkarı ilə birlikdə mahnı ifa edib. Onların səhnədə yaşadığı səmimi anlar konsert iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Görüntülər sosial şəbəkələrdə də maraq doğurub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)