Kamilo Duran ayın futbolçusu seçildi - (Foto)

4 Sentyabr 2026 16:43

"Qarabağ"ın sabiq futbolçusu Kamilo Duran karyerasında növbəti uğura imza atıb.

Milli.Az xəbər verir ki, hazırda "Seltik"in formasını geyinən futbolçu Şotlandiyada ayın futbolçusu adına layiq görülüb.

Yay transfer pəncərəsində "Seltik"ə qoşulan Kamilo Duran yeni komandasında özünü yaxşı tərəfdən göstərib. O, həm Çempionlar Liqasında, həm də Premyer Liqada keçirdiyi qarşılaşmalarda fərqlənməyi bacarıb.

Futbolçunun uğurlu çıxışı nəticəsində Şotlandiyada ayın ən yaxşı oyunçusu mükafatını qazanıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)