Kılıçdaroğlunun müavini qadına şiddət tətbiq etdi, həbs edildi - (Video)

4 Sentyabr 2026 16:05

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü Berhan Şimşekin birlikdə yaşadığı Özlem Şanverə fiziki zorakılıq göstərdiyini əks etdirən görüntülər yayılıb.

Milli.Az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, sosial şəbəkələrdə yayılan videoda Şimşekin evin həyətində Şanverə fiziki müdaxilə etdiyi görünür.

Görüntülərin davamında Şimşekin Şanveri döydüyü və onu evə doğru sürükləməyə çalışdığı, qadının isə qaçmağa cəhd etdiyi görünür.

Məlumata görə, Özlem Şanverin psixoloji və fiziki zorakılıqla bağlı şikayətindən sonra Berhan Şimşek barəsində qətimkan tədbiri seçilib.

Qərarın iyunun 29-da daha iki ay müddətinə uzadıldığı bildirilib.

Hadisə ilə bağlı hüquqi prosesin davam etdiyi bildirilir.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)