Bir dövr Türkiyə televiziya ekranlarının ən çox izlənilən layihələrindən olan "Ihlamurlar Altında" serialının Yılmazı yenidən gündəmə gəlib.
Milli.Az xəbər verir ki, serialda Yılmaz Akın obrazını canlandıran aktyor Bülent İnal həyat yoldaşı Melis Tüysüzlə birlikdə kameralara tuş gəlib.
Cütlük əl-ələ görüntülənib. Bülent İnalın illər sonra həyat yoldaşı ilə ictimaiyyət qarşısına çıxması serialın izləyicilərinin də diqqətini çəkib.
Qeyd edək ki, "İhlamurlar Altında" vaxtilə Azərbaycanda da böyük maraqla izlənilən seriallardan biri olub. Ekran işinin əsas qəhrəmanlarından olan Yılmaz Akın obrazı isə tamaşaçıların yaddaşında qalıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)