Bakının Binəqədi rayonunda sürücülər üçün müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) apardığı təmir işləri ilə əlaqədar sentyabrın 4-də saat 20:00-dan etibarən Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Məhdudiyyət qeyd olunan ərazidə təmir işləri başa çatanadək qüvvədə olacaq.
Bu müddət ərzində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət Yol Polisi əməkdaşları tərəfindən ərazidə müvafiq tənzimləmə işləri aparılacaq.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücüləri və digər hərəkət iştirakçılarını tətbiq ediləcək müvəqqəti məhdudiyyətə anlayışla yanaşmağa, yol hərəkəti qaydalarına riayət etməyə və ərazidə hərəkət zamanı diqqətli olmağa çağırır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)