Özbəkistanın tanınmış müğənnisi Yıldız Usmanovanın sosial şəbəkələrdə yayılan görüntüləri müzakirələrə yol açıb.
Milli.Az xəbər verir ki, kadrlarda əks olunan qadının məhz sənətçinin özü olub-olmaması izləyicilər arasında sual doğurub. Bəzi sosial şəbəkə istifadəçiləri görüntüdəki şəxsin Yıldız Usmanovaya çox bənzəyən başqa bir qadın olduğunu düşünür.
Digər izləyicilər isə görünüşdəki fərqin çəkiliş bucağı və geyimlə əlaqəli ola biləcəyini bildiriblər.
Pərəstişkarları Yıldız Usmanovanın boyunun əslində çox hündür olmadığını, sənətçini adətən hündürdaban ayaqqabılarda gördüklərini qeyd ediblər.
Görüntülər sosial şəbəkələrdə geniş müzakirə olunmağa davam edir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)