Elgiz yeni verilişinin tarixini açıqladı

4 Sentyabr 2026 11:45

Tanınmış teleaparıcı Elgiz Əkbər yeni verilişinin nə vaxt başlayacağını açıqlayıb.

Milli.Az xəbər verir ki, aparıcının "Şadlıq olsun" adlı yeni layihəsinin ilk buraxılışı sentyabrın 7-si saat 15:00-da təqdim olunacaq.

Aparıcı verilişin bütün sosial platformalarda yayımlanacağını qeyd edib.

"Sentyabrın 7-si saat 15:00-dan bütün sosial platformalarda ilk buraxılışımızla xidmətinizdəyik. Xeyir-dualarınıza ehtiyacımız var, dostlar", - deyə o bildirib.

Qeyd edək ki, "Şadlıq olsun" proqramı "Youtube" platformasında təqdim ediləcək.

Xatırladaq ki, ötən mövsüm onun aparıcılıq etdiyi "Elgizlə izlə" verilişinin yayımı dayandırılıb. (azxeber.com)

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)