DİM-in imtahanlarında PISA tipli tapşırıqlar tətbiq edilə bilər

4 Sentyabr 2026 11:38

Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanlarda PISA tipli tapşırıqlar tətbiq edilə bilər.

Milli.Az xəbər verir ki, bunu PISA beynəlxalq qiymətləndirməsi ilə bağlı məlumatlandırma görüşündə Təhsil İnstitutunun direktor vəzifəsini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev deyib.

E.Əliyev bildirib ki, DİM də son dövrlərdə PISA tipli, bacarıq əsaslı tapşırıqların hazırlanması istiqamətində fəaliyyətə başlayıb.

Onun sözlərinə görə, gələcəkdə bu yanaşmanın DİM-in keçirdiyi imtahanlarda da tətbiq olunması gözlənilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)