Sentyabrın 19-20-də Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək.
FestivalŞamaxı Rayon İcra Hakimiyyəti, Abqora restoranı və "Nəsimi bağları" kompleksinin təşkilatçılığı iləŞamaxı rayonunun Meysəri kəndində baş tutacaq.
Artıq 5-ci dəfədir ki, təşkil olunacaq festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır.
Meysəri kəndindəki "Şirvan şərabları" MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində təşkil olunacaq festivala müxtəlif şərab brendləri qatılaraq öz məhsullarını təqdim edəcəklər.
Ziyarətçilər iki gün ərzində üzümçülük və şərabçılıq, Azərbaycanın turizm potensialı ilə daha yaxından tanış olmaq imkanı qazanacaq, müxtəlif əyləncə və şou proqramları izləyəcəklər. Tədbirin əyləncə proqramı yaxın günlərdə açıqlanacaq.
Festivala giriş üçün biletləri iTicket.az saytı vasitəsilə əldə etmək olar.
Yenilənən məlumatlar üçün mənbə: www.instagram.com/winefest.official
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)