Türkiyənin məşhur "Kim Milyoner Olmak İster?" verilişində iştirakçı ilə Oktay Kaynarca arasında baş tutan səmimi dialoq diqqət çəkib.
Milli.Az xəbər verir ki, 40 ildir evli olan, 3 övladı və 5 nəvəsi ilə bağlı məlumat verən iştirakçı söhbət zamanı Oktay Kaynarcaya şəxsi həyatı ilə bağlı sual ünvanlayıb.
Qadın iştirakçı aktyordan "Niyə evlənmədin?" deyə soruşub. Daha sonra Oktay Kaynarcaya ekranda ciddi göründüyünü bildirərək ona "Bir az gülərüz olsan..." deyib.
İştirakçının bu sözləri studiyada gülüşə səbəb olub və Oktay Kaynarca da özünü saxlaya bilməyərək gülümsəyib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)