Lənkəranda 73 yaşlı kişi faciəvi şəkildə öldü

4 Sentyabr 2026 10:52

Lənkəran rayonunda 73 yaşlı kişi yıxılaraq ölüb.

Milli.Az xəbər verir ki, hadisə sentyabrın 3-də Sütəmurdov kəndində qeydə alınıb.

Kənd sakini 1953-cü il təvəllüdlü M.İbrahimovun yaşadığı evin həyətində nərdivandan yıxılaraq öldüyü bildirilir.

Araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)