İstanbula iş axtarmağa gələn kişini yeniyetmələr döydü - (Video)

4 Sentyabr 2026 10:51

İstanbulun Cihangir rayonunda iş axtarmaq üçün şəhərə gələn hücuma məruz qalıb.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 18 yaşdan kiçik 4 nəfər həmin şəxsi döyərək üzərindəki əşyaları götürüb.

Hadisədən sonra böyük sarsıntı keçirən vətəndaş göz yaşlarına hakim ola bilməyib.

Hadisə ilə bağlı araşdırma aparıldığı bildirilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)