Xalq artisti, bəstəkar Eldar Mansurov sosial media paylaşımı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi arxiv fotosunu izləyicilərinin diqqətinə çatdırıb. Eldar Mansurov bildirib ki, görüntü onun yeniyetməlik illərində Rusiyanın Kislovodsk şəhərində çəkilib.
Bəstəkar paylaşımında fotonun təxminən 60 il əvvələ aid olduğunu qeyd edib.
"60 il əvvəl Kislovodskda. O vaxtlar bu yerdə hamı şəkil çəkdirərdi", - deyə Eldar Mansurov paylaşımında yazıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)