"Kurtlar Vadisi”nin məşhur malikanəsi rekord qiymətə satışa çıxarıldı - (Foto)

4 Sentyabr 2026 10:00

Türkiyənin məşhur "Kurtlar Vadisi" serialında Tombalacı Mehmetin malikanəsi kimi istifadə olunan villa satışa çıxarılıb.

Milli.Az türkiyə mediasına istinadla xəbər verir ki, İstanbulda yerləşən dəbdəbəli əmlak 384 milyon TL-yə satışa təklif olunur.

Serialın izləyicilərinə tanış olan villa yalnız "Kurtlar Vadisi" ilə məhdudlaşmır. Eyni məkan "Poyraz Karayel" serialında da Bahri Babanın evi kimi istifadə edilib.

Əmlakın yeni sahibi üçün qiymət isə kifayət qədər yüksəkdir.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)