Azərbaycan Premyer Liqası: "Qəbələ" "İmişli"yə, "Kəpəz" "Şamaxı"ya qarşı

4 Sentyabr 2026 11:42

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura start veriləcək. 

Milli.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. 

Əvvəlcə "Qəbələ" doğma meydanda "İmişli"ni qonaq edəcək. Matç saat 18:00-da oynanılacaq.

Digər qarşılaşmada isə "Kəpəz" və "Şamaxı" komandaları üz-üzə gələcəklər. Matç saat 20:15-də Gəncə şəhər stadionunda keçiriləcək.

Qeyd edək ki, turun digər oyunları isə qarşıdakı günlərdə baş tutacaq.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)