"Formula-1" həvəskarları İtaliya Qran-prisinin keçiriləcəyi həftəsonu maraqlı görüntünün şahidi olacaqlar.
Milli.Az bildirir ki, Montsa şəhərində təşkil olunacaq yarış çərçivəsində məşhur "Maşınlar" cizgi filminin qəhrəmanı "Şimşək Makkuin"in tamölçülü surəti nümayiş etdiriləcək.
"Şimşək Makkuin" Montsa avtodromunda xüsusi olaraq fəxri dövrə vuracaq. Bu performans "Maşınlar" cizgi filminin 20 illik yubileyinə həsr olunacaq.
İtaliya Qran-prisinin sentyabrın 6-da keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, "Maşınlar" animasiyası 2006-cı ildə ekranlara çıxıb və dünya üzrə 461 milyon dollardan çox gəlir əldə edib. Filmin davamı olan "Maşınlar 2" 2011-ci ildə, "Maşınlar 3" isə 2017-ci ildə təqdim edilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)