ABŞ Prezidenti Donald Tramp ölkəsinin tezliklə İran üzərində qələbə qazanacağını bildirib.
Milli.Az APA-ya istinadən bildirir ki, "Biz qalib gələcəyik, bu, tezliklə baş verəcək. Əslində, biz artıq qalib gəlmişik, çünki onların nüvə silahına sahib olmasına imkan verilmir", - Tramp deyib.
ABŞ Prezidenti İrana zərbələr endirmək qərarının doğru olduğunu bildirib. Onun iddiasına görə, Vaşinqton bu addımı atmasaydı, Tehran iki-dörd həftə ərzində nüvə silahı əldə edə bilərdi. Tramp hazırda bu müddətin 25 ilə qədər uzadıldığını iddia edib.
Tramp, həmçinin ABŞ-nin İrana qarşı əməliyyatlarının uğurla davam etdiyini və Vaşinqtonun Hörmüz boğazına nəzarət etdiyini bildirib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)