Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qaz olmayacaq

3 Sentyabr 2026 23:56

Sabah Bakının Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun M. Rüstəmov, Sarayevo, Neapol küçələrinin bir hissəsinin, Suraxanı rayonunun Əmircan qəsəbəsində H. Axundlu küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)