Türkiyə Prezidenti Tayyib Erdoğanın oğlu Necmeddin Bilal Ərdoğan Ankarada keçirilən nikah mərasimində iştirak edib.
Milli.Az xəbər verir ki, Necmeddin Bilal Ərdoğan mərasimdə gənc cütlüyün nikah şahidi olub. O, çıxışı zamanı yeni ailə quranlara xoşbəxtlik arzulayıb.
Bilal Ərdoğan çıxışında cütlüyə ən azı 3 övlad sahibi olmağı tövsiyə edib.
Onun bu sözləri mərasimdə diqqət çəkən məqamlardan biri olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)