Hadisənin Antalya konsertində sürprizi: Onu səhnəyə çıxardı - (Video)

4 Sentyabr 2026 09:35

Türkiyəli pop ulduzu Hadisənin Antalya şəhərində baş tutan konsertində gözlənilməz an yaşanıb.

Milli.Az xəbər verir ki, sosial mediada Hadisənin "Ara beni" mahnısını ifa etdiyi görüntülərlə gündəmə gələn Beyto adlı uşaq müğənni konsert zamanı səhnəyə dəvət olunub.

Hadisə Beyto ilə birlikdə səhnədə mahnı ifa edərək tamaşaçılara sürpriz yaşadıb.

Hadisənin bu jesti konsert iştirakçılarının böyük marağına səbəb olmaqla yanaşı, şou gündəminin də əsas mövzularından birinə çevrilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)