Çində “hamilə robot” hazırlanır

3 Sentyabr 2026 23:45

Çində insan hamiləliyinin süni bətn vasitəsilə həyata keçirilməsini nəzərdə tutan humanoid robot ideyası gündəmə gəlib.

Milli.Az Bakupost-a istinadən xəbər verir ki, robotun qarın nahiyəsində süni bətn yerləşdiriləcək. Süni mayalanma yolu ilə əldə olunan embrion bu sistemə köçürüləcək, döl isə xüsusi maye, oksigen və qida maddələri ilə təmin olunaraq hamiləliyin sonunadək burada inkişaf etdiriləcək.

Layihə reallaşarsa, gələcəkdə uşağın ana bətnindən kənarda inkişaf etdirilməsi mümkün ola bilər.

Lakin hazırda bu texnologiyanın işlək prototipinin mövcudluğu və onun 2027-ci ildə təqdim ediləcəyi ilə bağlı rəsmi şəkildə təsdiqlənmiş məlumat yoxdur.

Buna baxmayaraq, bu ideya artıq dünyada geniş elmi və etik müzakirələrə səbəb olub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)