Paytaxtın Xəzər rayonunda ağır yol qəzası baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Mərdəkan dairəsindən Buzovna qəsəbəsinə gedən yolda - Şağan qəsəbəsi ərazisində minik avtomobili yolu keçən qadını vurub.
Nəticədə piyada həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)