İkardi futbolla vidalaşdı

3 Sentyabr 2026 19:00

"Qalatasaray"dan ayrılan argentinalı futbolçu Mauro İkardi futbolla vidalaşıb.

Milli.Az xəbər verir ki, futbolçu "Əziz Qalatasaray azarkeşləri, sözə haradan başlayacağımı bilmirəm; siz mənim üçün çox önəmlisiniz, ailəmsiniz, məni yoxdan var etdiniz, sizə çox şey borcluyam. Mənə olan sevginiz mənim üçün çox dəyərlidir.

Mən bu kluba ilk gələndə "Qalatasaray" onsuz da böyükdür, amma daha da böyük edəcəyik" demişdim və sözümü tutdum.

Sizdən ötrü çox darıxacağam. Futbola "Qalatasaray"da vida etmək, sizin önünüzdə vida etmək heç də asan olmayacaq, çünki siz mənim ailəmsiniz və insan ailəsini buraxıb vida etmək istəmir. Sizi çox sevirəm, yaxşı ki varsınız, hər şey üçün təşəkkürlər, ürəyimin bir küncündə həmişə var olacaqsınız. 

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)