Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən pendir istehsalı müəssisəsində yoxlama keçirilib.
Milli.Az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Qeyd edilib ki, baxış zamanı istehsal müəssisəsinin icazəsi olmadan qanunsuz fəaliyyət göstərdiyi, etiketləmə, sanitar-gigiyenik tələblər və təmizliklə bağlı bir sıra nöqsanlar aşkarlanıb.
Faktla bağlı inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, sahikara icrası məcburi göstərişlər verilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)