ABŞ-nin Nyu-York şəhərində yerləşən Times Square-də iki nəfərə bıçaqla hücum edən şəxslə bağlı yeni məlumatlar üzə çıxıb.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, hücumda istifadə olunan bıçaqla rəqs etdiyi görüntüləri daha əvvəl sosial şəbəkələrdə paylaşdığı müəyyənləşib.
Hadisə zamanı iki nəfər bıçaqlanıb. Hücum nəticəsində Bank of America-nın vitse-prezidenti Erin Piacenti həyatını itirib.
Səlahiyyətli qurumların hadisə ilə bağlı araşdırmaları davam etdirilir. Hücumun motivi və şübhəlinin daha əvvəl paylaşdığı görüntülərin hadisə ilə əlaqəsi araşdırılır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)