Rusiya ordusu Ukraynanın Donetsk və Xarkov vilayətlərində 4 yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini iddia edib.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Donetsk vilayətinin İjevka, Xarkov vilayətinin isə Vasilevka, Doljanka və Blaqovatnoye yaşayış məntəqələri Rusiya qüvvələrinin nəzarətinə keçib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)