Əməkdar artist: "Mən Vaqif İbrahimoğlunun oğlu deyiləm"

3 Sentyabr 2026 16:15

Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcı şöbə müdiri - quruluşçu rejissor vəzifəsinə təyin edilən Əməkdar artist Bəhruz Vaqifoğlu (Əhmədov) haqqında yayılan məlumatlara münasibət bildirib.

Milli.Az xəbər verir ki, sənətçi onun mərhum rejissor Vaqif İbrahimoğlunun oğlu kimi təqdim edilməsinin yanlış olduğunu deyib. Bəhruz Vaqifoğlu məlumatın araşdırılmadan yayımlandığını qeyd edib.

"Vaqif İbrahimoğlu mənim atam olmayıb", - deyə Əməkdar artist vurğulayıb.

Qeyd edək ki, mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Bəhruz Vaqifoğlu (Əhmədov) Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcı şöbə müdiri - quruluşçu rejissor vəzifəsinə təyin olunub.

Təyinatla bağlı yayılan xəbərlərdə isə Bəhruz Əhmədov mərhum rejissor Vaqif İbrahimoğlunun oğlu kimi təqdim edilib. Sənətçi bunun həqiqətə uyğun olmadığını açıqlayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)