ABŞ-də yaşayan Devyn Aiken burun əməliyyatından sonra həyatında mühüm qərar qəbul edib.
Milli.Az xəbər verir ki, qadın estetik əməliyyat üçün 11 min dollar xərcləyib. Əməliyyatdan sonrakı bərpa prosesində isə həyatını və gələcək planlarını yenidən nəzərdən keçirib.
Bu müddətdə problemlər yaşadığı evliliyini davam etdirmək istəmədiyinə qərar verən Devyn Aiken boşanma prosesini rəsmiləşdirib.
Beləliklə, burun əməliyyatından sonrakı dövr onun üçün yalnız fiziki deyil, şəxsi həyatında da ciddi dəyişikliklərlə yadda qalıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)