Bəzi məktəblərdə tədris onlayn olacaq - Rəsmi

3 Sentyabr 2026 14:52

2026-cı ildə "Formula 1" Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumtəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Qeyd olunub ki, bu barədə məktəb rəhbərliyinə və valideynlərə məlumat veriləcək.

Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)