Aktrisa Fahriye Evcenin sosial şəbəkədəki son paylaşımı diqqət çəkib.
Milli.Az-ın məlumatına görə, sənətçi həyat yoldaşı Burak Özçivitin bacısı Burçun Özçivitin toyunda iştirak etməsə də, istirahətinə davam edir.
Fahriye Evcen istirahət zamanı çəkdirdiyi fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Aktrisanın paylaşımına yazdığı qeyd isə xüsusilə diqqət çəkib.
O, fotolarını "Davamı gələcək" sözləri ilə yayımlayıb.
Fahriye Evcenin toyda iştirak etməməsi və ardınca etdiyi bu paylaşım sosial şəbəkə istifadəçiləri arasında müxtəlif müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)