İstanbulun Tuzla şəhərindəki anbarda naməlum səbəbdən yanğın baş verib.
Milli.Az xəbər verir ki, Tuzla Orhanlı Dəri Sənaye Bölgəsində fabrikdə genişmiqyaslı yanğın baş verib. Saat 10:30 radələrində başlayan yanğının söndürülməsinə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub.
Hazırda yanğının söndürülməsi ilə bağlı işlər davam edir.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)