Almaniyada şirkətə hücum: İki bolqarıstanlı saxlanıldı

3 Sentyabr 2026 12:56

Almaniyada texnologiya və müdafiə şirkəti olan "Rohde & Schwarz"ın Münhendəki qərargahına hücum edilib.

Milli.Az xəbər verir ki, bu  barədə "Bild" qəzeti yazır. 

Nəşrin məlumatına görə, şirkətin tikinti sahəsinə gecə vaxtı yandırıcı qurğular atılıb.  

Yanğınlardan biri şirkətin baş ofisinin qarşısındakı tikinti konteynerlərinin yaxınlığında baş verib. Yanğın tez bir zamanda söndürülüb. İkinci mərmi alovlanmadan əvvəl zərərsizləşdirilib. Cinayəti törətməkdə şübhəli bilinən 28 yaşlı qadın və 38 yaşlı kişi həbs edilib. Hər ikisi Bolqarıstan vətəndaşıdır. Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirir.

"Rohde & Schwarz" elektron sınaq avadanlığı, yayım və media, kibertəhlükəsizlik, radio monitorinqi və radar sahəsində ixtisaslaşmış beynəlxalq elektrik mühəndisliyi qrupudur. Münhendə yerləşən şirkət, digər sahələrlə yanaşı, Bundesver üçün təhlükəsiz radio və rabitə sistemləri hazırlayır və istehsal edir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)