Daha bir klub ev oyunlarını Şamaxıda keçirəcək

3 Sentyabr 2026 12:09

Azərbaycan 1-ci liqasında mübarizə aparacaq "Şimal" ev oyunlarını Şamaxıda qəbul edəcək.

Milli.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komandanın ev oyunları Şamaxı Olimpiya Mərkəzinin stadionunda keçiriləcək. Xaçmaz Olimpiya İdman Kompleksinin stadionu 1-ci liqa matçları üçün əlverişsiz hesab olunduğundan Şimal təmsilçisi bu addımı atıb.

Komanda 1-ci liqanın ilk turunda sentyabrın 4-də "Gəncəbasar"ı qəbul edəcək.

Xatırladaq ki, Şamaxıdakı əsas stadionda Misli Premyer Liqa təmsilçiləri "Şamaxı" və "Araz-Naxçıvan" ev oyunlarını keçirir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)