Günəşdə güclü partlayış oldu

3 Sentyabr 2026 14:58

Günəşdə güclü partlayış qeydə alınıb.

Milli.Az xəbər verir ki, sentyabrın 2-də axşam saatlarında Günəşdə gücünə görə ikinci ən yüksək sinif hesab edilən M sinifli partlayış baş verib.

Hadisə təxminən 39 dəqiqə davam edib.

Bundan əvvəl 2026-cı ilin yayında Günəşdə güclü partlayışların sayının ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz artdığı açıqlanıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)