Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda tayqada qarşılaşdığı maraqlı hadisədən danışıb.
Milli.Az xəbər verir ki, Putin avtomobillə hərəkətdə olarkən qarşılarına pələng çıxdığını bildirib.
Onun sözlərinə görə, heyvan bir müddət avtomobilin qarşısında hərəkət edib və quyruğunu yelləyərək yoluna davam edib.
"Maşınla getdiyimiz yerdə qarşımıza pələng çıxdı. Tayqanın sahibi quyruğunu yelləyərək maşının düz qarşısında gəzməyə başladı. Bu yerlərin bütün zənginliyini görmək çox maraqlı idi", - Putin deyib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)