Xalq artisti Brilliant Dadaşova sosial media paylaşımı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi çimərlikdə istirahət zamanı çəkdirdiyi görüntüləri izləyicilərinin ixtiyarına verib. O, dənizdə üzdüyü anları əks etdirən videonu instaqram hesabında paylaşıb.
Brilliant Dadaşova paylaşımına dənizdə üzməyin sağlamlıq üçün əhəmiyyətindən bəhs edən sözlər də əlavə edib.
"Mütləq dənizdə üzün. Bu, can sağlığının ən vacib hissəsidir. Hamıya can sağlığı diləyimlə", - deyə Xalq artisti qeyd edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)