UEFA Matteo Genduzi və Mason Qrinvud barədə araşdırmaya başladı

3 Sentyabr 2026 10:41

UEFA Çempionlar Liqası Play-Off Turunun cavab qarşılaşmasından sonra "Fənərbağça" klubu, həmçinin futbolçuları Matteo Genduzi və Mason Qrinvud barədə intizam prosesi başladılıb.

Milli.Az xəbər verir ki, "Fənərbağça" yaydığı açıqlamaya görə, UEFA tərəfindən başladılan proseslə bağlı lazımi məlumat, sənəd və müdafiə UEFA-nın müvafiq qurumlarına təqdim olunacaq.

Klub məsələ ilə bağlı açıqlamasında bildirib ki, UEFA Şampiyonlar Liqası Play-Off Turunun cavab oyunundan sonra Genduzi və Qrinvud, eləcə də"Fənərbağça" haqqında intizam prosesi başladılıb.

"Fənərbağça" futbolçularının və klubun hüquq və mənafelərinin qorunması üçün proses çərçivəsində bütün zəruri addımların atılacağını açıqlayıb.

Klubdan verilən açıqlamada qeyd olunub:

"UEFA Şampiyonlar Liqası Play-Off Turunun cavab qarşılaşmasından sonra futbolçularımız Matteo Genduzi və Mason Qrinvud, eləcə də Klubumuz haqqında UEFA tərəfindən intizam prosesi başladılıb.

Klubumuz sözügedən proses zamanı futbolçularımızın və "Fənərbağça"nın hüquq və mənafelərini qorumaq məqsədilə UEFA-nın müvafiq qurumları qarşısında lazımi müdafiəni həyata keçirəcək. Proseslə bağlı zəruri məlumat, sənəd və müdafiə UEFA-ya təqdim olunacaq. İnkişaflar Klubumuz tərəfindən diqqətlə izlənilir".

Açıqlamada Matteo və Mason, eləcə də klub barədə intizam prosesinin hansı hadisə və ya səbəblə əlaqədar başladıldığı açıqlanmayıb.

Buna görə də UEFA-nın araşdırma nəticəsində hansı qərarı verəcəyi hələlik məlum deyil.

"Fənərbağça" rəhbərliyi prosesin UEFA-nın müvafiq qurumları tərəfindən araşdırılacağını və klubun, eləcə də iki futbolçunun hüquqlarının qorunması üçün lazımi addımların atılacağını bildirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)