Sentyabrın 2-də polis əməkdaşları ölkə üzrə 48 yeni və əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılmasını təmin ediblər.
Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, axtarışda olan 103 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 91 nəfər borclu şəxs qismində axtarışda olub.
Gün ərzində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 13 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər də polis əməkdaşları tərəfindən saxlanılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)