Odessada yaşayış binası vuruldu: 17 yaralı var

3 Sentyabr 2026 11:07

Rusiya qoşunları Ukraynanın Odessa şəhərində yerləşən 21 mərtəbəli yaşayış binasına hücum edib.

Milli.Az xəbər verir ki, zərbə nəticəsində 17 nəfər xəsarət alıb. Yaralananlar arasında üç uşaq da var.

Gecə saatlarında baş verən hücum zamanı 21 mərtəbəli binanın 10-cu mərtəbədən 17-ci mərtəbəyədək yerləşən mənzillərinə ziyan dəyib. Yaxınlıqda park edilmiş avtomobillər də zərbədən zərər görüb.

Hazırda hadisə yerində xilasedicilər, kommunal xidmətlərin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri işləyir.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)