Azərbaycan televiziyasında yeni şou layihəsinin təqdimatına hazırlıq gedir.
Milli.Az-ın əldə etdiyi məlumata görə, uzun müddətdir Space TV-də "İbo Şou" layihəsi ilə tamaşaçıların qarşısına çıxan tanınmış aparıcı İbrahim Azərinin artıq sözügedən verilişi bağlanıb. Tele-aparıcı bu dəfə fərqli formatda yeni proqramla ekranlara qayıtmağa hazırlaşır. Layihənin adı isə "1001 ŞOU"dur. Proqramda musiqi və əyləncə, tanınmış simalar və rubrikaların yer alacağı bildirilib.
İbrahim Azərinin sözlərinə görə, yeni layihənin əsas şüarı da açıqlanıb:
"1001 səbəb var izləməyə!"
Qeyd edək ki, "1001 ŞOU"nun efirə çıxacağı tarix və proqramın digər detalları yaxın günlərdə tamaşaçılara təqdim olunacaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)