"Sevdan bir ateş" serialının yayım tarixi bəlli olub.
Milli.Az xəbər verir ki, "Show TV"də yayımlanacaq serialın ilk bölümü 9 sentyabrda tamaşaçılara təqdim olunacaq.
Ekran işində baş rolları Murat Ünalmış və Özge Özacar canlandıracaq.
Kapadokyada çəkilən serialda illər əvvəl yarımçıq qalan sevgi hekayəsi, ailə sirləri və keçmişdən gələn hesablaşmalardan bəhs olunacaq. (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)