Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib - (Foto)

2 Sentyabr 2026 21:50

Əməkdar artist Züleyxa Hacıyeva 103 yaşında vəfat edib.

Bu barədə Milli.Az-a AzTV-nin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, o, 1979-cu ildə Azərbaycan SSR əməkdar artisti adına layiq görülüb. Azərbaycan televiziyasında diktorluq fəaliyyəti ilə yanaşı, Sovet dövründə idman ustası kimi tanınıb.

1941-ci ildə SSRİ idman ustası, 1941-1948-ci illərdə gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu olub.

2002-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

1942-1992-ci illərdə Azərbaycan radiosunun diktoru olub. Azərbaycan radiosunda bir çox verilişlərin (Səhər gimnastikası, "Poeziya dəqiqələri", "Axşamınız xeyir" və s.), aparıcısı kimi yadda qalıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)