Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda

2 Sentyabr 2026 21:37

2026/27 mövsümündən etibarən UEFA Çempionlar Liqasında yeni debütant nişanı tətbiq olunacaq.

Milli.Az xəbər verir ki, UEFA-nın məlumatına görə, bu xüsusi nişan turnirdə ilk dəfə oynayan futbolçuların formasının qolunda, yarışın loqosunun yanında yerləşdiriləcək.

Nişan yalnız futbolçunun debüt etdiyi matçda istifadə olunacaq. Qarşılaşmadan sonra nişanın mavi hissəsi formadan çıxarılaraq autentiklik yoxlanılacaq və futbolçunun imzaladığı kolleksiya kartına əlavə ediləcək. Forma isə oyunçuda qalacaq.

Qeyd edək ki, debütant nişanından futbolçunun karyerası ərzində yalnız bir dəfə istifadə olunacaq. (qol.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)