ABŞ-nin İranın Hörmüz boğazındakı mövqelərinə endirdiyi zərbələr nəticəsində 18 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Milli.Az xəbər verir ki, bunu İranın səhiyyə naziri Məhəmmədrza Zəfərqəndi bildirib.
"Ötən gecə ölkənin müxtəlif vilayətlərinə edilən hücumlarda 18 nəfər ölüb və 108 həmvətənimiz yaralanıb", - o bildirib.
Xatırladaq ki, sentyabrın 1-də ABŞ Silahlı Qüvvələri Hörmüz boğazındakı İran obyektlərinə hava hücumu edib. İran isə ABŞ-nin Yaxın Şərqdəki bazalarına cavab zərbələri endirib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)