Türkiyəli müğənni Zeynəb Bastık ilə aktyor Serkay Tütüncü evlənib.
Milli.Az xəbər verir ki, 2 ilə yaxındır eşq yaşayan cütlük İzmirin Çeşmə rayonunda nikah masasına oturub.
Ailə üzvləri və yaxın dostlarının iştirak etdiyi toy mərasimi açıq havada keçirilib.
Qeyd edək ki, Serkay Tütüncü bu ilin mayında Parisdə Zeynəb Bastıka evlilik təklifi etmişdi. Müğənni isə aktyorun təklifinə "hə" cavabı vermişdi.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)