Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub - (Foto)

2 Sentyabr 2026 16:56

2023-cü ildə Əməkdar artist Ramil Qasımov tərəfindən təsisedilən və Azərbaycan professional vokal sənətinin banisi, dahiBülbülün yaratdığı vokal məktəbinin ənənələrini layiqincə davametdirən Bülbül Vokal Məktəbinin fəaliyyəti və yetirmələrininuğurları diqqət çəkir.

Məktəbin tələbə və məzunları ölkəmizdə keçirilən müxtəliftədbirlərdə, konsert proqramlarında və beynəlxalq festivallardafəal iştirak etməklə yanaşı, vokal sənəti üzrə əldə etdiklərinailiyyətlərlə də seçilirlər. Məktəbin məzunları Azərbaycanınaparıcı ali təhsil müəssisələrində vokal sənəti üzrə təhsillərinidavam etdirir, bununla da milli vokal ənənələrinin yeni nəsil ifaçılartərəfindən inkişaf etdirilməsinə töhfə verirlər.

Bülbül Vokal Məktəbinin növbəti mühüm uğuru məzunu FidanSultanovanın Almaniyanın nüfuzlu Hochschule für Musik und Theater Hamburg - Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbulolunmasıdır.

2025-ci ildə Bakı Musiqi Akademiyasının akademik vokal sinfinəqəbul olunan Fidan Sultanova yüksək ifaçılıq qabiliyyəti, özünəməxsus səs tembri və səhnə mədəniyyəti ilə seçilərəkBülbül Vokal Məktəbini bir sıra mühüm və böyükmiqyaslıtədbirlərdə uğurla təmsil edib.

Fidan Sultanovanın Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbulolunması Azərbaycan vokal məktəbinin beynəlxalq səviyyədətəmsil olunması baxımından əhəmiyyətli hadisədir. 

Qeyd edək ki, Fidan Sultanova Bülbül Vokal Məktəbində iki ilmüddətində Əməkdar artist İnarə Babayevanın sinfində vokalsənəti üzrə təhsil alıb. Gənc ifaçının beynəlxalq səviyyəli ali təhsilmüəssisəsinə qəbul olunması Bülbül Vokal Məktəbində vokalsənətinin peşəkar əsaslarla tədrisinin və dahi Bülbülün sənətənənələrinin müasir dövrdə uğurla davam etdirilməsiningöstəricilərindən biridir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)