"Barselona" 2 futbolçusunu göndərdi - Yeni klubları bəlli oldu

2 Sentyabr 2026 16:10

"Barselona" heyətində dəyişikliklər etməyə davam edir.

Milli.Az xəbər verir ki, Kataloniya təmsilçisi Alvaro Kortes və Toni Fernandeslə bağlı transferləri rəsmiləşdirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Alvaro Kortes bundan sonra Belçikanın "Antverpen", Toni Fernandes isə İtaliyanın "Venesia" klubunun formasını geyinəcək.

21 yaşlı Alvaro Kortesin transferi zamanı "Barselona" gələcəkdə futbolçunun başqa kluba satılmasından müəyyən faiz əldə etmək hüququnu özündə saxlayıb.

18 yaşlı Toni Fernandesin keçidi ilə bağlı razılaşmada isə Kataloniya klubunun futbolçunu gələcəkdə geri qaytarmaq hüququ və növbəti satışdan payı qorunub. Mətbuatda transferin təxminən 4 milyon avro qarşılığında baş tutduğu bildirilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)