"Qalatasaray" transfer çalışmalarını davam etdirir.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu Almaniyanın "Leyptsiq" komandasında çıxış edən El-Şaday Bitşiabunun keçidini rəsmiləşdirib.
21 yaşlı müdafiəçi mövsümün sonunadək "Leyptsiq"dən icarəyə götürülüb. Fransalı futbolçunun artıq İstanbulda olduğu bildirilib.
Razılaşmaya əsasən, "Qalatasaray" mövsüm başa çatdıqdan sonra El-Şaday Bitşiabunu birdəfəlik transfer etmək hüququna sahib olacaq.
Qeyd edək ki, El-Şaday Bitşiabu PSJ futbol akademiyasının yetirməsidir. Müdafiəçi 2023-cü ildə Paris klubundan "Leyptsiq"ə transfer olunub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)