Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstanın paytaxtı Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşü yüksək qiymətləndirib.
Milli.Az xəbər verir ki, Ərdoğan bu barədə Bişkek səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirib.
Türkiyə liderinin sözlərinə görə, görüş zamanı əsas diqqət Ukraynada baş verən hadisələrə yönəlib.
"Görüş zamanı, xüsusilə Ukraynadakı vəziyyəti müzakirə etmək imkanımız oldu. Bu baxımdan görüş olduqca səmərəli keçdi. Həmçinin, görüş çox səmimi atmosferdə baş tutdu", - deyə Ərdoğan qeyd edib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)