62 yaşlı türk aktrisanın bağında əyləncəli anlar: Çimərlik geyimində su davası - (Video)

2 Sentyabr 2026 16:20

Türkiyənin məşhur aktrisası və müğənnisi Hülya Avşarın yeni görüntüləri sosial şəbəkələrdə diqqət çəkib.

Milli.Az xəbər verir ki, məlumata görə, sözügedən kadrlar sənətçinin Ayvalıqdakı bağ evində lentə alınıb. Hülya Avşar köməkçisi Şərifə ilə birlikdə əyləncəli anlar yaşayıb.

Belə ki, 62 yaşlı sənətçi köməkçisi ilə su davasına çıxıb. Onların bir-birini suya qərq etməyə çalışdığı əyləncəli anlar görüntülənərək sosial şəbəkələrdə paylaşılıb.

Görüntülər qısa müddətdə maraq doğuraraq istifadəçilər arasında gündəmə çevrilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)